“Mançester Yunayted”in futbolçusu komandadan ayrılmağa yaxındır

İdman

Bakı. Trend:

“Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaço komandadan
ayrılmağa yaxındır.

Trend xəbər verir ki, “Bavariya” və “Çelsi” argentinalı vingeri transfer etmək istəyir.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Qarnaço “Bavariya”nın təklifini rədd edib. 21 yaşlı oyunçu “Çelsi”yə keçmək istəyir.




“Qırmızı şeytanlar” futbolçu üçün 50 milyon funt-sterlinq tələb
edir.

Qeyd edək ki, “Mançester Yunayted” Alexandro Qarnaçonu 2020-ci
ilin yayında “Atletiko”nun akademiyasından transfer edib. Argentina
millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində
meydana çıxdığı 58 rəsmi matçda 11 qol və 10 məhsuldar ötürmə ilə
yadda qalıb.