
Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk
görüşlərinə yekun vurulacaq.
Trend xəbər verir ki, son
oyun günündə dörd görüş keçiriləcək.
Belə ki, “Bazel” “Kopenhagen”i, “Budyo Qlimt” “Ştrum Qraz”ı, “Seltik” “Kayrat”ı, “Fənərbağça” isə “Benfika”nı qəbul edəcək.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 23:00-da start
götürəcək.
20 avqust
UEFA Çempionlar Liqası
Pley-off
Saat 23:00, “Bazel” – “Kopenhagen”;
Saat 23:00, “Budyo Qlimt” – “Ştrum Qraz”;
Saat 23:00, “Seltik” – “Kayrat”;
Saat 23:00, “Fənərbağça” – “Benfika”.