Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb

İdman

Bakı. Trend:

Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb.

Trend xəbər
verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının pley-off
mərhələsində dünən Macarıstanda “Ferensvaroş” üzərindəki qələbəsi
(3:1) sayəsində mümkün olub. Bu qələbə reytinqə daha 0,250 əmsal
əlavə edib.




Beləliklə, hazırda Azərbaycan UEFA reytinqində əvvəlkitək 28-ci
yerdə olmaqla əmsalını 19,500-ə çatdırıb. Son 5 mövsümün
nəticələrinə əsasən hazırlanan siyahıda 27-ci yeri 19,725 əmsalla
Ukrayna tutur. Azərbaycandan bir pillə geridə – 29-cu pillədə olan
Bolqarıstanın isə 18,375 əmsalı var.

Qeyd edək ki, təsnifat mərhələlərində 1 qələbəyə 1, heç-heçəyə
isə 0,500 əmsal verilir. Bu isə bir ölkənin iştirakçıları arasında
bölünür (Azərbaycan üçün əmsal 4 yerə bölünür).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir