“Zirə” braziliyalı futbolçunu Vyetnam klubuna icarəyə verdi

İdman

Bakı.Trend:

Braziliyalı futbolçu Rafael Utziq “Zirə”dən ayrılıb.

Trend xəbər
verir ki, bu barədə klub məlumat yayıb.




Braziliyalı hücumçu Vyetnamın “Ho Çi Minh Siti Polis” klubuna 1
illik icarəyə verilib.

Qeyd edək ki, Rafael Utziq 2024-cü ilin yanvar ayından “Zirə”də
çıxış edir.