
Bakı. Trend:
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bolqarıstanın
Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala
yüksəlib.
Trend-in
məlumatına görə, 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı
yarımfinalda türkiyəli Büşra Efeyə tam üstünlüklə qalib gəlib.
R. Məmmədova həlledici qarşılaşmada çinli Yanqjen Yanqjenlə
üz-üzə gələcək. Görüş avqustun 21-də keçiriləcək.
Qeyd edək ki, Günay Qurbanova (59 kiloqram) isə bu gün bürünc
medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqi sınağa
çəkəcək.