
Bakı. Trend:
UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matçlara
yekun vurulub.
Trend-in
məlumatına görə, son oyun günündə dörd qarşılaşma keçirilib.
 
Türkiyənin “Fənərbağça” klubu İstanbulda Portuqaliya nəhəngi “Benfika”nı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb. Eyni hesab “Seltik” (Şotlandiya) – “Kayrat” (Qazaxıstan) matçında da qeydə
alınıb. Danimarka “Kopenhagen”i İsveçrədə “Bazel”lə 1:1 hesablı
heç-heçə edib, Avstriyanın “Şturm” kollektivi isə Norveçdə “Bude/Qlimt”ə 5 cavabsız qolla uduzub.


 
						 
						