“Zirə”nin futbolçusuna 4 oyunluq cəza verildi

İdman

Bakı.Trend:

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend xəbər
verir ki, toplantına Əvəzedicilər liqasının I turunun oyunları ilə
bağlı aşağıdakı qərarlar qəbul olunub:

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun
“Zirə-2” – “Neftçi-2” oyununun 90+4-cü dəqiqəsində “Zirə-2”
komandasının 27 nömrəli futbolçusu Murad Ələkbərov təcavüzkar
davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı
üçün 4 oyun cəzalansın, “Zirə-2” komandası 300 manat cərimə edilsin
(maddə 45.1);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun
“Zirə-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 6 futbolçusu
sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə
edilsin (maddə 43.1);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun
“Şamaxı-2” – “Qarabağ-2” oyununun 51-ci dəqiqəsində “Qarabağ-2”
komandasının 25 nömrəli futbolçusu Cavid Məlikov rəqibi aşkar qol
imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün
1 oyun cəzalansın, “Qarabağ-2” komandası 100 manat cərimə edilsin
(maddə 46);




18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun
“Qəbələ-2” – “Kəpəz-2” oyununda hakim-inspektor matçın videoyazısı
ilə təmin edilmədiyinə görə “Qəbələ-2” komandası 100 manat cərimə
edilsin (maddə 56.2);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun
“Sabah-2” – “Turan Tovuz-2” oyunu “Turan Tovuz-2” komandasının
matça gec gəlməsi səbəbindən 30 dəqiqə gec başladığına görə “Turan
Tovuz-2” komandası 300 manat cərimə edilsin (maddə 78);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun
“Sabah-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 6
futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70
manat cərimə edilsin (maddə 43.1);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun
“Sabah-2” – “Turan Tovuz-2” oyununda “Sabah-2” komandasının 6
futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat
cərimə edilsin (maddə 43.1).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir