
Bakı. Trend:
İtaliyanın “Milan” komandasının futbolçusu Noa Okafor
karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, 25 yaşlı vinger “Lids”ə keçib. Onunla 4 illik
müqavilə imzalanıb.
Bu keçid Premyer Liqa klubuna 19 milyon avroya başa gəlib.