
Bakı. Trend:
UEFA “Barselona”ya Çempionlar Liqasındakı ilk oyununu səfərdə
keçirməyə icazə verib.
Trend xəbər verir ki, AS
nəşrinin məlumatına görə, Avropa futbolunun ali qurumu Kataloniya
klubunun müraciətini qeyri-rəsmi şəkildə müsbət cavablandırıb.
Beləliklə, “Barselona” qrup mərhələsində ev oyununa yalnız
sentyabrın sonunda çıxacaq. Bu da “Kamp Nou”nun turnirə tam hazır
olmasına imkan yaradacaq.
Cümə axşamı UEFA nümayəndələri hazırda rekonstruksiya olunan
stadionu ziyarət ediblər.
Qaydalara əsasən, Çempionlar Liqasının qrup mərhələsində bütün
ev oyunları eyni arenada keçirilməlidir. Bu səbəbdən “Barselona”
əgər “Kamp Nou” vaxtında hazır olmasa, bütün 4 ev oyununu “Olimpik
Lluís Companys” stadionunda keçirməlidir. Klub matçların dəqiq
məkanını UEFA-ya avqustun 28-dən gec olmayaraq bildirməlidir.

