
Bakı. Trend:
Anjelo Ştiller “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Trend xəbər verir ki, 24
yaşlı yarımmüdafiəçi hazırda “Ştutqart” klubunda çıxış edir və “qırmızı şeytanlar” üçün yarımmüdafiəni gücləndirmək
variantlarından biridir.
Klub daxilində transfer hədəfləri ilə bağlı müzakirələr
aparılır. Ştillerin adı da gündəmə gəlib, çünki Yunayted təsmilçisi
transfer pəncərəsi bağlanmazdan əvvəl daha bir yarımmüdafiəçi
alıb-almamağı dəyərləndirir.
Qeyd edək ki, ötən mövsüm Ştiller Bundesliqada 32 oyunda 1 qol
vurub və 8 qol ötürməsi edib.

