
Bakı.Trend:
“Milan” “Şaxtyor”un futbolçusu Kevin Masedonu transfer etməyi
planlaşdırır.
Trend xəbər
verir ki, “rossonyerlər” 22 yaşlı vinger üçün artıq indidən
hərəkətə keçib.
Belə ki, “Milan” qışda braziliyalının transferi üçün rəsmi
təklif də irəli sürəcək. “Şaxtyor”un buna razılıq verib-verməyəcəyi
isə hələ ki dəqiq deyil. İtaliya klubu Ukrayna nəhənginin istədiyi
məbləği ödəsə, “Şaxtyor” onun gedişinə razılıq verə bilər.
Kevin “Desportivo Brasil”, “Palmeyras” klublarında oynadıqdan
sonra 2024-cü ildə “Şaxtyor”a keçmişdi. Qeyd edək ki, Kevinin
hazırkı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na
qədərdir.