Duqlas Luiz İngiltərəyə geri qayıdıb

İdman

Bakı. Trend:

“Yuventus”un futbolçusu Duqlas Luiz İngiltərəyə geri
qayıdıb.

Trend xəbər
verir ki, braziliyalı futbolçu “Nottingem Forest”lə anlaşıb.

Duqlas 2025/2026 mövsümünü icarə əsasında Premyer Liqa klubunda
keçirəcək.




27 yaşlı yarımmüdafiəçinin “Yuventus”la müqavilə müddəti 2029-cu
il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Vasko da Qama”, “Mançester Siti”, “Jirona”, “Aston Villa” komandalarında oynayıb.