“Qarabağ”dan ayrılan futbolçu Xorvatiyada davam etdirəcək

İdman

“Qarabağ”dan ayrılan Marko Veşoviçin yeni klubu
müəyyənləşib.

Trend xəbər
verir ki, monteneqrolu sağ cinah müdafiəçisi karyerasını
Xorvatiyada davam etdirəcək.

Veşoviç “Lokomotiv”lə anlaşıb. Bu barədə Zaqreb təmsilçisinin
mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçu ilə imzalanan
müqavilənin detalları barədə məlumat verilməyib.




Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən “Qarabağ”da çıxış
edirdi. O, ötən mövsümün sonunda Azərbaycan çempionundan
ayrılıb.