Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı açıqlandı

İdman

Bakı. Trend:

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli
komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi
oyunlarının tarixi müəyyənləşib.

Trend
AFFA-nın saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci
qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo,
30-da isə Moldova yığması ilə qarşılaşacaq.




Matçlar Moldovada təşkil olunacaq.

Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra
məlumat veriləcəyi bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir