İngiltərə Premyer Liqasında öncəki turlardan təxirə salınmış daha bir görüş keçirilib.
Oxu.Az xəbər verir ki, Londondakı “Tottenhem Hotspur Stadium”da yerli “Tottenhem”lə şəhərin digər təmsilçisi “Arsenal” qarşılaşıb.
22-ci tur çərçivəsində baş tutan matçda qonaqların futbolçusu Holdinq 8 dəqiqəyə iki sarı vərəqə alaraq oyunun 33-cü dəqiqəsində meydandan qovulub. Görüşün böyük hissəsini azlıqda keçirən “topçular” ev sahibinə müqavimət göstərə bilməyiblər – 3:0.
Qeyd edək ki, hazırda “Arsenal” 66 xalla turnir cədvəlində 4-cü, “Tottenhem”sə 65 xalla 5-ci yerdə qərarlaşıb.
www.RIA24.az