Yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurovun oğlu şahmatda uğur qazanıb.
Oxu.Az-ın xəbərinə görə, Raul Mansurov Bakı şəhəri üzrə keçirilən təsnifat turnirində I dərəcə kateqoriyasında qalib olub və bununla da I dərəcə normasını yerinə yetirib.
Qeyd edək ki, Fərid Mansurovun oğlu Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı tərəfindən yaradılmış Dünya Məktəbinin rus bölməsinin IV sinif şagirdidir.
Səbuhi Musa
www.RIA24.az