Dünya Kubokunda savat döyüşçülərimizdən uğurlu çıxış – FOTO/VİDEO

İdman

Bolqarıstanın Plovdiv şəhərində savat döyüş növü üzrə Dünya Kuboku və peşəkar savat döyüşləri keçirilib.

Oxu.Az-a verilən məlumata görə, yarışda ölkəmizi Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının altı idmançısı təmsil edib.

Mötəbər yarışa baş məşqçi Taleh Nağızadənin rəhbərliyi altında yollanan komandamız uğurlu nəticələrlə yadda qalıb. Böyüklər arasında yarışlarda 75 kq çəki dərəcəsində çıxış edən Ağadədə Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib. 80 kq çəkili Vüqar Abbasov isə bürünc medal qazanıb.

Gənclər arasında yarışlarda da idmançılarımız diqqət çəkməyi bacarıb. 70 kq çəki dərəcəsində Seymur Yusifov birinci, Riad Əliyev isə üçüncü olub. Qızların mübarizəsində isə 60 kq çəkili Aysu Devrişova bürünc medal qazanıb.

Tutu İsmayılova isə peşəkar savat üzrə döyüşün qalibi olub. 48 kq çəki dərəcəsində baş tutan qarşılaşmada rəqibinin Asiya Oyunlarının gümüş mükafatçısı, təcrübəli İran idmançısı Şima Afkar olmasına baxmayaraq, həmyerlimiz 3:0 hesablı tam üstünlüklə qalib gələrək yerli publikanın da alqışını qazanıb.

www.RIA24.az

Spread the love