Ukraynanın “Dinamo” futbol klubu ilə Estoniyanın “Flora” klubu arasında yoldaşlıq görüşü keçirilib.
Xeyriyyə məqsədi ilə baş tutan oyunda Ukrayna klubu 3:0 hesabı ilə qələbə qazanıb.
Oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma barədə fikirlərini söyləyən “Dinamo”nun futbolçusu Aleksandr Andrievski göz yaşlarına hakim ola bilməyib.
“Baş verənləri sözlə ifadə etmək çətindir. Mən ilk növbədə hazırda çətin dövr yaşayan xalqımız haqqında düşünürəm. İnanırıq ki, tezliklə hər şey bizim qələbəmizlə bitəcək və baş verənlər pis yuxu kimi keçmişdə qalacaq. Mən Avropa ölkələrinə, Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür etmək istəyirəm, bu dəstək bizim üçün çox dəyərlidir, hamımız bunu hiss edirik. Biz faşizmi birlikdə məğlub edəcəyik. Doğrudan da, indi birbaşa futboldan danışmaq çətindir”, – deyə 27 yaşlı Aleksandr Andrievski fikrini tamamlayıb.
Mənb: Unian
www.RIA24.az