“Mançester Siti” son tur ərəfəsində büdrədi – VİDEO

İdman

İngiltərə Premyer Liqasında 37 turun bir sıra görüşləri başa çatıb.

Günün ən maraqlı oyunu Londonda baş tutub.

Paytaxtın Olimpiya stadionunda “Vest Hem” lider “Mançester Siti”ni qəbul edib.

Matç Qvardiolanın yetirmələri üçün elə də uğurlu alınmayıb. Hərçənd, 2 top fərqilə uduzan “şəhərlilər” hesabı bərabərləşdirməyə nail olasalar da, çempionluq yarışında vacib xalları itiriblər. Görüşün son dəqiqələrində mançesterli Mahrez penalti fürsətini əldən verib – 2:2.

Qeyd edək ki, son tur ərəfəsində “Siti” 90 xalla ilk pillədədir. Bir oyun az keçirən “Liverpul” isə ondan dörd xal geri qalır.

 

www.RIA24.az

Spread the love