“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda buna “Səbail”ə 3:0 hesabı ilə qalib gəldiyi XXVII tur oyununda nail olub.
“Köhlən atlar” yerli çempionatda vurduğu qolların sayını 68-ə çatdırıb.
Bunadək “Xəzər Lənkəran” 2004/2005, “Qarabağ” 2013/2014 və 2015/2016 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.
www.RIA24.az