Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir.
Oxu.Az xəbər verir ki, tədbir çərçivəsində quraşdırma işləri ilə əlaqədar dünən saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov prospekti – Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov – Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralıb.
Həmçinin, qeyd olunan saatdan etibarən Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər yolun orta hissəsində kiçik qazma işləri aparılır. Qazma işləri 10 gün ərzində davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.
www.RIA24.az