İki illik fasilədən sonra Azərbaycanda daha bir yarış bərpa olunur – FOTO

İdman

Kikboksinq üzrə XXVI Azərbaycan çempionatı keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, 20-22 may tarixlərində kişi və qadınlar arasında keçiriləcək yarış pandemiya səbəbindən iki illik aradan sonra təşkil olunacaq.

XXVI Azərbaycan çempionatında ilk dəfə kikboksinqin “Full Contact” növü üzrə mübarizə gedəcək. Buna səbəb avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarına bu növ üzrə yarışın salınmasıdır.

Beləliklə, XXVI Azərbaycan çempionatı “Low Kick” və “Full Contact” növü üzrə keçiriləcək. Kişilərdə hər iki növ üzrə on iki (-51, -54, -57, -60, -63,5, -67, -71, -75, -81, -86, -91, +91 kq), qadınlarda beş çəki dərəcəsində (-48, -52, -56, -60, -65 kq) mübarizə reallaşacaq.

Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək yarışda ilkin mərhələyə sabah saat 09:00-dan etibarən start veriləcək. Saat 14:00-da isə yarışın təntənəli açılış mərasimi təşkil olunacaq.

Qeyd edək ki, bu yarışın qalibləri İslamiadada Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.

Səbuhi Musa

www.RIA24.az

Spread the love