Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin “Keçiörengücü” klubu ilə yollarını rəsmən ayırıb.
Bu barədə “Report”a 27 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
Oyunçu müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib. İsgəndərli Ankara təmsilçisinin ona borcunun qalmadığını və məvacibinin hamısının ödənildiyini vurğulayıb.
Yarımmüdafiəçi Türkiyə və Azərbaycan klublarından təklif aldığını və yaxın günlərdə karyerası ilə bağlı qərar verəcəyini sözlərinə əlavə edib.
Qeyd edək ki, Vüsal İsgəndərli 2021-ci ilin yayında “Keçiörengücü” ilə üç illik sözləşmə imzalamışdı.
www.RIA24.az