Bu mövsüm Türkiyə Super Liqası ilə vidalaşan “Altay”ın kapitanı İbrahim Öztürk daha bir rekorda imza atıb.
O, “Kasımpaşa” ilə oyunda ömrünün 40-cı ili və 334-cü günündə ikən turnirin tarixində qol vuran ən yaşlı futbolçu olub.
Qeyd edək ki, Öztürk daha əvvəl Əmrə Bəlözoğlunu arxada qoyaraq Liqanın ən yaşlı oyunçusu rekordunu təzələyib.
Mənbə: “Takvim”
www.RIA24.az