Qurban Qurbanov “Qarabağ”ın vurduğu qolun ləğv etdilməsindən danışdı – VİDEO

İdman

“Məlum feyr-pley olayında o dünyaya gedib qayıtdım”.

Oxu.Az-ın xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Fransanın “Marsel” klubu ilə matçda “Qarabağ”ın vurduğu qolu ləğv etdirməsindən danışıb:

“O qol vurulanda futbolçumun sevinməyindən bildim ki, burada nəsə var. Daha sonra “Marsel”in futbolçuları narazılıq etdi. Mateo Qenduzi mənə yaxınlaşıb əllə vurulduğunu deyəndə bunu dəqiqləşdirmək istədim. Onda beynimdə tutdum ki, əllə vurulubsa, hakimə deyəcəyəm. Maksim Medvedev vasitəsilə İbrahima Vadjiyə 3 dəfə soruşdum ki, əllə vurmusan qolu? Üçüncü dəfə təsdiqlədi ki, bəli, əllə vurmuşam. Bunu hakimə deyəndə azarkeşlərin necə reaksiya verəcəyi maraqlı idi. Oyundan sonra təkrara baxdıqdan sonra rahat nəfəs aldım. Çünki düzgün qərar vermişdim”.

Səbuhi Musa

www.RIA24.az

Spread the love