Türkiyə Super Liqa klubu olan “Alanyaspor”un Bakıda futbol məktəbinin açılışı olub.
Oxu.Az-ın məlumatına görə, Yasamal rayonunda yerləşən qapalı futbol meydançasında baş tutan açılışa “Alanyaspor”un prezidenti Hasan Çavuşoğlu, AFFA-nın baş katibi Sərxan Hacıyev, habelə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri qatılıblar.
Baş tutan tədbirdə iştirak edən “Neftçi”nin futbolçusu Azər Salahlı Hasan Çavuşoğluna özünün Azərbaycan millisində ötən ilin mayın 27-də Alanyada Türkiyə yığmasına qarşı geyindiyi formanı hədiyyə edib.
Daha sonra “Alanyaspor”un prezidenti qardaş ölkə Azərbaycanda məktəb açdıqları üçün məmnun olduqlarını bildirib. Həmçinin Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi və AFFA-nın baş katibi çıxış edərək yeni məktəb rəhbərliyinə uğurlar arzulayıb.
Qeyd edək ki, məktəbin təsisçiləri Məhəmməd İsmayılov, Məhəmməd Abdullayev və icraçı direktoru Elnur Səmədzadədir.
Səbuhi Musa
FOTO: Firudin Səlimov
www.RIA24.az