“Neftçi” Azərbaycan Kubokunun qalibi oldu

İdman

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

Oxu.Az xəbər verir ki, final matçında Yüksək Liqanın bürünc mükafatçısı “Neftçi” İK Birinci Liqanı dördüncü pillədə başa vurmuş “Alyans Qrup”la üz-üzə gəlib.

Rəqibini 6:2 hesabı ilə məğlub edən Yüksək Liqa təmsilçisi Azərbaycan Kubokunun sahibi olub.

Beləliklə, “Neftçi” İK yeddinci dəfə ölkə kubokunu qazanıb.

www.RIA24.az

Spread the love