Türkiyə klubunun prezidenti “Neftçi” və “Qarabağ” rəhbərliyi ilə görüşdü – FOTO

İdman

Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu “Neftçi”nin qonağı olub.

Oxu.Az xəbər verir ki, klub rəhbərliyi ilə görüşdə gələcəkdə komandalar arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib. “Neftçi”nin prezidenti Kamran Quliyevə “Alanyaspor”un forması, qonağa isə Şuşaya aid rəsm hədiyyəsi verilib.

Hasan Çavuşoğlu “Qarabağ” klubunu da ziyarət edib. O, klubun bazasında baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşüb. Klubun İdarə Heyətinin üzvü Fevzihan Aras, direktoru Əmrah Çəlikəl və meneceri Asif Əsgərovun iştirak etdiyi görüşdə Çavuşoğluna “Qarabağ”ın forması hədiyyə edilib.

www.RIA24.az

Spread the love