Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Alanyaspor” Futbol Klubunun prezidenti Hasan Çavuşoğlu ilə görüşüb.
Oxu.Az xəbər verir ki, görüş zamanı AFFA ilə “Alanyaspor” klubu arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Onlar bir-birlərinə forma hədiyyə ediblər.
Qeyd edək ki, “Alanyaspor”un prezidenti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşıdır.
www.RIA24.az