“Səbail”in yeni baş məşqçisi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi Mahmud Qurbanovu bu posta gətirib.
2018-ci ildən çalışdığı “Neftçi”nin əvəzedici heyətindən bu gün ayrılan 49 yaşlı mütəxəssis gələn mövsümdən Premyer Liqada “Səbail”ə rəhbərlik edəcək. O, bu postda Aftandil Hacıyevi əvəz edib.
Qeyd edək ki, “Səbail” Premyer Liqada 2021/22 mövsümünü 15 xalla sonuncu pillədə tamamlayıb. Klub Aftandil Hacıyevlə müqavilə bağlasa da, mayın 23-də həmin anlaşma pozulub.
www.RIA24.az