Samir Nəbiyev İsveçrədə keçirilən Qran- Pridə qızıl medal qazanıb

İdman

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Samir Nəbiyev İsveçrənin Nottvil şəhərində keçirilən Qran- Pridə qızıl medal qazanıb.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, nüvə itələmə kateqoriyasında iştirak edən S. Nəbiyev (F57)  13.02 metr nəticə göstərmişdir.

İdmançımızı təbrik edirik!

www.RIA24.az