Hokkey üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib

İdman

Finlandiyada keçirilən buzüstü hokkey üzrə dünya çempionatında bütün yarımfinalçılar müəyyənləşib.

Finala vəsiqə uğrunda ev sahibləri ilə yanaşı, Kanada, Çexiya və ABŞ yığmaları mübarizə aparacaqlar.

1/4 finalda Kanada İsveçi 4:3, Çexiya Almaniyanı 4:1, ABŞ İsveçrəni 3:0, Finlandiya isə Slovakiyanı 4:2 hesabı ilə məğlub edib.

Yarımfinalda Finlandiya millisi ABŞ-la, Kanada seçməsi isə Çexiya ilə qarşılaşacaq. Bu raundun qarşılaşmaları mayın 28-də gerçəkləşəcək.

Qeyd edək ki, final və 3-cü yer uğrunda görüş mayın 29-da olacaq.

www.RIA24.az

Spread the love