Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Ştefan Kunts UEFA Millətlər Liqasının matçlarından öncə mətbuat konfransı keçirib.
Almaniyalı futbol mütəxəssisi öncə “Trabzonspor”u ölkə çempionluğu, “Sivasspor”u isə dünənki kubokda qazandığı qələbə münasibəti ilə təbrik edib.
Ştefan Kunts bildirib ki, Türkiyə millisini ardıcıl dörd oyun gözləyir:
“Bütün görüşlərdə qələbə qazanmağa çalışacağıq. Uzun mövsümdən sonra futbolçularımızın motivasiyasını saxlamaq asan olmayacaq”.
Ştefan Kuntsun Türkiyə millisini oyunlara hazırlayarkən məşhur yoqa təlimindən də istifadə edəcəyini bildirib.
“Milli komandaya ilk dəfə yoqa təlimlərini gətirəcəyik. Futbolçular da bundan çox razıdırlar. Məşqçilər əlavə olaraq futbolçulara zehni təlimlər də keçəcəklər”, – təcrübəli almaniyalı məşqçi vurğulayıb.
Mənbə: Hurriyet.com.tr
www.RIA24.az