İdman yarışında faciə: Azərbaycanlı çempion 301 kiloqramlıq ştanqı ayağına saldı – FOTO/VİDEO

İdman

Pauerliftinq üzrə Azərbaycan çempionatında dünya və Avropa çempionu Rövşən Xəlilov zədə alıb.

Oxu.Az-ın xəbərinə görə, o, 301 kq çəki dərəcəsini qaldırarkən müvazinətini saxlaya bilməyərək arxaya yıxılıb.

Nəticədə ştanq onun sağ ayağına düşüb. İdmançı dərhal xərəklə xəstəxanaya aparılıb. Bununla belə, o, növbəti gün mükafatlandırma mərasiminə ayağı gipsdə gəlib.

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.Az (@oxuaz)

Qeyd edək ki, 75 kq çəki dərəcəsindəki çıxışları ilə tanınan Rövşən Xəlilov bu dəfə Azərbaycan çempionatında gücünü 82 kq-da sınayıb. Buna baxmayaraq, o, yerdən qaldırmada (deadlift) mütləq çempion olub. Həmçinin, FHN əməkdaşı olan Xəlilov 82 kq üzrə üç hərəkətin cəminə (powerlifting) və yerdən qaldırmada çempion olmaqla üç qızıl medal qazanıb.

Səbuhi Musa

www.RIA24.az

Spread the love