Fransanın daxili işlər nazirindən Yurgen Kloppa qəribə ittiham

İdman

Fransanın daxili işlər naziri Jerald Darmanen “Liverpul”un baş məşqçisi Yurgen Kloppu UEFA Çempionlar Liqasının finalı oyunu günü Parisdə baş vermiş xaos və iğtişaşlara görə ittiham edib.  

“Bu problemlər yalnız bəzi İngiltərə klublarının iştirak etdiyi futbol qarşılaşmalarında mövcud olur”, – Fransanın daxili işlər naziri qeyd edib.

“Eyni problemlər keçən il “Uembli”də də yaşanmışdı; davranış qaydalarına məhəl qoyulmaması, nizamsızlıq və saxta biletlər üçün böyük bir bazar. Nəzərinizə çatdırım ki, bir neçə gün əvvəl azarkeşləri Fransaya bilet olmadığı halda belə gəlməyə çağıran “Liverpul”un baş məşqçisi idi”, – deyə Jerald Darmanen vurğulayıb.

Mənbə: Mirror

www.RIA24.az

Spread the love