“Bakı şəhərinin ev sahibliyi edəcəyi “Formula-1” yarışı üçün satılan biletlərin 60 faizini xaricilər, 40 faizini yerli şəxslər alıblar”.
Bunu Oxu.Az-a Bakı Şəhər Halqasının mətbuat katibi Turab Teymurov bildirib.
O qeyd edib ki, bilet satışında ilk üçlükdə ABŞ, Böyük Britaniya və Azərbaycandır:
“Onları Danimarka, Norveç və İspaniya kimi Avropa ölkələri izləyir”.
T.Teymurovun sözlərinə görə, “Azneft” dairəsinin qarşısında yerləşən Filarmoniya tribunasındakı oturacaqlar üçün bütün biletlər tamamilə satılıb:
“Yarış vaxtı azaldıqca biletlər də azalır”.
Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.
Səbuhi Musa
FOTO: Firudin Səlimov
www.RIA24.az