Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2022-ci ilin may ayı üçün reytinq siyahısını açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov 2751 xalla 14-cü sırada qərarlaşıb.
2753 xalı olan digər təmsilçimiz Teymur Rəcəbov 13-cü yerdədir. Azərbaycan yığmasında çıxış edən şahmatçılardan Qədir Hüseynov (2668) 78-ci, Rauf Məmmədov (2656) isə 88-ci pillədədir.
İlk üçlükdə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla birinci pillədəki yerini qoruyur. 2806 xalı olan çinli Dinq Liren ikinci, Fransa təmsilçisi Alireza Firuzca (2793) üçüncü sırada yer alıb.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2454) 26-cı, son Azərbaycan çempionu Gövhər Beydullayeva (2390) 59-cu sıraya yüksəlib. Gülnar Məmmədova (2380) siyahıda 68-ci yeri tutur.
www.RIA24.az