Bu gün dünyanın ən güclü milli komandası müəyyənləşdiriləcək

İdman

Bu gün milli komandaların iştirakı ilə Avropa və Afrika qitələrində bir neçə oyun keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, Rusiyanın işğalı ilə əlaqədar oyunu təxirə salınmış Ukrayna dünya çempionatına çıxmaq üçün yarımfinalda Şotlandiyanın qonağı olacaq.

Həmçinin bu gün UEFA Millətlər Liqasının A divizionunda Polşa Uelsi qəbul edəcək.

Bu gün maraqla gözlənilən qarşılaşma isə son Avropa çempionu İtaliya ilə Cənubi Amerika çempionu Argentina arasında olacaq. Üçüncü dəfə keçiriləcək (1985 və 1993-cü illərdə bu iki qitənin qalibləri UEFA-nın mərhum italyan prezidenti Artemio Frankinin adını daşıyan turnirdə üz-üzə gəliblər – S.M.) və italyanca “Finalissima” adlandırılan bu oyunda dünyanın ən güclü millisinin adı müəyyənləşdirilməyə çalışılacaq. Matç Londondakı məşhur “Uembli” stadionunda baş tutacaq. Belə yarışın keçirilməsi təşəbbüsü FIFA-nın 15 mart 2019-cu ildə Konfederasiyalar Kubokunu ləğv etməsi ilə bağlı açıqlamasından sonra yaranıb.

Həmçinin Afrikada Millətlər Kubokunun üç təsnifat oyunu keçiriləcək.

Dünya çempionatının seçmə oyunu

22:45 Şotlandiya – Ukrayna

UEFA Millətlər Liqası – A divizionu

20:00 Polşa – Uels

Finalissima

22:45 İtaliya – Argentina

Afrika Millətlər Kubokunun seçmə oyunları

20:00 Anqola – Mərkəzi Afrika Respublikası

20:00 Liviya – Botsvana

23:00 Qana – Madaqaskar

Səbuhi Musa

www.RIA24.az

Spread the love