“Çelsi”nin sabiq futbolçusu, “Vest Hem”in mərkəz müdafiəçisi Kurt Zumaya beş il ərzində evdə pişik saxlamaq qadağan edilib. O, həmçinin heyvanla qəddar rəftarına görə 180 saat ictimai işə məhkum edilib.
27 yaşlı müdafiəçi pişiyi vurduğunu etiraf edib.
Xatırladaq ki, fevral ayında sosial şəbəkələrdə fransalı futbolçunun öz pişiyinə işgəncə verməsi ilə bağlı görüntülər yayılmışdı. Kadrlarda onun pişiyini təpikləməsi, ona ayaqqabı tullaması əks olunmuşdu. Videonu Zumanın qardaşı çəkmişdi.
Görüntülər sosial şəbəkələrdə böyük narazılıqla qarşılanıb.
Mənbə: Sports.ru
www.RIA24.az