Qış parkında ailələr yarışdı – FOTOREPORTAJ

İdman

Gənclər və İdman Nazirliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Sağlam ailə” əyləncəli idman oyunları təşkil edib.

Oxu.Az xəbər verir ki, Bakıdakı Qış parkında (Akademik Dram Teatrının qarşısı) gün ərzində təşkil olunan tədbirdə əsasən ailələr yarışıb.

Oyunların əsas məqsədi əhali arasında kütləvi idmanın təşviqi, uşaqlarda idmana marağı artırmaq və sağlam gənc nəslin yetişdirilməsinə nail olmaqdır.

Xüsusi avadanlıqların quraşdırıldığı ərazidə oyunlar estafet, müxtəlif əyləncəli idman yarışları və viktorina (idman mövzusunda sual-cavab) formatında keçirilib. Uzaq məsafəyə atış, topun baş üzərindən arxaya atılması, “Formula-1” yarışı, ip atma, maneələr zolağı və kisə ilə tullanma yarışlarında qalib gələn ailələrə müvafiq diplom və hədiyyələr təqdim edilib, bütün iştirakçı uşaqlara isə müxtəlif hədiyyələr verilib.

Qeyd edək ki, oyunlar iyunun 3-dək, hər gün saat 10:00-dan 21:00-dək Qış Parkında davam edəcək.

Foto: Firudin Səlimov

www.RIA24.az

Spread the love