Pike və Şakira futbolçunun xəyanətlərinə görə ayrılıblar

İdman

Məşhur futbolçu Jerar Pike və tanınmış müğənni Şakira ayrılıb.

İfaçı “Barselona”nın müdafiəçisinin onu başqa qadınla aldatdığını öyrənib.

Hazırda Pike artıq bir neçə həftədir ki, köhnə mənzilində tək yaşayır.

Bildirilir ki, futbolçu tez-tez gecə klublarına gedir və digər qadınlarla əylənir.

O, səhər saatlarında “Barsa” ilə məşq etməli olmasına baxmayaraq, gecə saat 2-3-ə kimi vaxtını şənliklərdə keçirir.

Qeyd edək ki, Pike və Şakira 2011-ci ildən yaxın münasibətdədirlər, lakin rəsmi nikahda olmayıblar. Cütlüyün iki övladı var.

Mənbə: sports.ru

www.RIA24.az

Spread the love