Azərbaycan 10 cüdoçu ilə Gürcüstanda təmsil olunacaq

İdman

Cüdoçularımız Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcəklər.

Oxu.Az xəbər verir ki, 37 ölkədən 284 idmançının qatılacağı növbəti mötəbər yarış 3-5 iyun tarixlərində keçiriləcək.

Kişilərdən ibarət milli komandaya böyük məşqçi Mövlud Mirəliyev rəhbərlik edəcək. Komanda səkkiz cüdoçu ilə mübarizə aparacaq:

-60 kq. Rövşən Əliyev, Turan Bayramov

-66 kq. İbrahim Əliyev, İsmayıl İbrahimov

-73 kq. Telman Vəliyev

-81 kq. Elcan Hacıyev, Zelim Tskayev

-90 kq. Murad Fətiyev.

Qadınlardan ibarət milli yığma komanda isə yarışa məşqçi Vüqar Hüseynovun rəhbərliyi ilə qatılacaq. Komanda 48 kq çəki dərəcəsində Aişə Qurbanlı və Şəfəq Həmidova ilə təmsil olunacaq.

www.RIA24.az