Qadağan olunmuş yerdən zərbəyə görə dayandırılmış döyüş təkrar keçiriləcək – FOTO/VİDEO

İdman

Azərbaycanlı MMA idmançısı Aqşin Babayevin döyüşünün vaxtı bəlli olub.

Oxu.Az-ın xəbərinə görə, o, “Brave” MMA təşkilatının 61-ci döyüş gecəsində İsveçrəni təmsil edən çeçen əsilli idmançı Hüseyn Kadimaqomayevlə təkrar döyüşəcək.

Bu döyüş avqustun 6-da Almaniyada baş tutacaq.

Qeyd edək ki, martın 11-də Bəhreyndə keçirilmiş ilk döyüşdə Hüseyn Kadimaqomayev qanunla qadağan olunmuş nahiyəyə ayaq zərbəsi vurduğundan, yarış dayandırılıb və döyüş baş tutmamış hesab edilib. Döyüşdən sonra Aqşin Babayev xəstəxanaya aparılmışdı.

Səbuhi Musa

www.RIA24.az