“Çelsi”dən ayrılan almaniyalı müdafiəçi İspaniyada top qovacaq

İdman

Madridin “Real” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İspaniya təmsilçisi “Çelsi” ilə müqaviləsi başa çatan 29 yaşlı almaniyalı müdafiəçi Antonio Rüdigeri sıralarına qatıb.

Qeyd edək ki, Antonio Rüdiger “Çelsi”yə 2017-ci ilin yayında İtaliyanın “Roma” klubundan transfer olunub.

Antonio Rüdiger “Çelsi”nin heyətində Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Kuboku, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qızıl medallarını qazanıb.

Mənbə: Realmadrid.com

www.RIA24.az

Spread the love