29 yaşlı motosiklet yarışçısı Mark Perslou Men adasında yarış zamanı qəzaya düşüb, həkimlər idmançının həyatını xilas edə bilməyiblər.
Qəza təsnifat mərhələsinin üçüncü raundunda baş verib. Britaniyalı idmançı idarəetməni itirərək trasdan çıxıb. Bundan sonra Purslou ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Orada onu xilas etmək mümkün olmayıb.
Perslou 2017-ci ildə Men Qran-prisini qazanıb. O, karyerasında ikinci dəfə bu yarışa qatılmışdı.
Men adasındakı tras dünyanın ən çətin və təhlükəli yollarından biri hesab olunur. Ümumilikdə, 1907-ci ildən bəri orada keçirilən yarışlarda 250-dən çox insan həlak olub.
Mənbə: Segodnya
www.RIA24.az