“Formula-1”in keçirildiyi ərazidəki sakinlər yaşayış yerlərinə necə gedəcəklər? – AÇIQLAMA

İdman

“Formula-1” üzrə Azərbaycan Qran-prisinə görə məhdudiyyət tətbiq olunan yollarda yarışın keçirildiyi müddətdə (10-12 iyun) nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış yerinə giriş icazəsi” veriləcək.

Oxu.Az-ın xəbərinə görə, bunu Bakı Şəhər Halqasının Milli mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan sürücülər icazəni tam ödənişsiz şəkildə, Bakı Şəhər Halqasına müraciət etməklə əldə edə bilərlər:

“Vətəndaşlar “Yaşayış yerinə giriş icazəsi” sənədinin paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Zona 2 – 4 nömrəli Mənzil-Kommunal və İstismar İdarəsi və Zona 3 – 58 nömrəli Mənzil-Kommunal və İstismar İdarəsinə müraciət etmək mümkündür”.

Qeyd edək ki, “Yaşayış yerinə giriş icazəsi”nin paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək.

Səbuhi Musa

www.RIA24.az

Spread the love