“Neftçi”nin Müşahidə Şurasının iclasının vaxtı ertələndi

İdman

“Neftçi”nin Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib.

Oxu.Az xəbər verir ki, komandanın baş məşqçisinin adına aydınlıq gətirəcək yığıncaq iyunun 8-nə təyin olunub. 

Tədbir klubun inzibati binasında təşkil olunacaq. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Hesabatların dinlənilməsi.
2. A komandasının baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
3. B komandasının baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
4. Növbəti mövsümün büdcəsi.
5. Digər məsələlər.

Qeyd edək ki, Müşahidə Şurasının iclasının başlanma saatı dəqiqləşməyib.

Xatırladaq ki, əvvəl “Neftçi”nin Müşahidə Şurasının iclasının dünən olacağı deyilirdi.

www.RIA24.az

Spread the love