Paytaxt Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq işləri çərçivəsində
quraşdırma işləri davam edir.
Oxu.Az xəbər verir ki, 4 iyun tarixinə keçən gecədən Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsi təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Burada nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq.
Həmçinin, 4 iyun tarixindən 5 iyun tarixinə keçən gecə Neftçilər prospektində yerləşən Bakı Dəniz Vağzalının önündə beton blokların quraşdırılması həyata keçiriləcək. Bununla əlaqədar yol bir qədər daralacaq.
Qeyd edək ki, növbəti “Formula-1” Azərbaycan Qran-prisi 10-12 iyun tarixlərində keçiriləcək.
www.RIA24.az