21 yaşadək futbolçular (U-21) arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda qeyri-adi darmadağın baş verib.
Oxu.Az xəbər verir ki, D qrupunun matçında İslandiya millisi Lixtenşteynlə ilk hissədə rəqib qapısına səkkiz top vurub.
Qol yağışı 3-37-ci dəqiqələr arasında baş verib. Maraqlıdır ki, meydan sahibi olan buzlu ada təmsilçiləri fasilədən sonra “sakitləşiblər”. Onlar cırtdan knyazlıq təmsilçisinə 82-ci dəqiqədə qol vurmaqla kifayətləniblər. Beləliklə, İslandiya U-21-i lixtenşteynli rəqibini 9:0 hesabı ilə darmadağın edib.


Qeyd edək ki, Lixtenşteyn U-21-i qrupda keçirdiyi doqquz görüşün hamısında uduzub, qol vura bilməyib və qapısından 54 top buraxıb.
Səbuhi Musa
www.RIA24.az