Parataekvondo komandamız Bolqarıstanda üç idmançı ilə təmsil olunacaq

İdman

Parataekvondo komandamız Qran-pri yarışlarında iştirak etmək üçün Bolqarıstana yola düşüb.

Oxu.Az xəbər verir ki, millimiz Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan turnirdə üç idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Fərid Tağızadə, yetirmələrindən son Avropa çempionatının gümüş mükafatçısı olan İmaməddin Xəlilov (-70 kq), bürünc mükafatçı Sabir Zeynalov (-58 kq) və millinin digər üzvü Əbülfəz Abuzərliyə (-80 kq) reytinq xallarını artırmasına şans verib. Xatırladaq ki, hər üç idmançı K-44 kateqoriyasına aiddir.

6 iyunda baş tutacaq döyüşlərdə qalib idmançılar aktivlərinə 60 xal əlavə edəcəklər ki, bu da Paris Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq üçün böyük önəm kəsb edir. Komanda 7 iyunda vətənə qayıdacaq.

Qeyd edək ki, taekvondo millimiz hazırda İtaliyanın paytaxtı Romada keçirilən Qran-pri yarışında beş idmançı ilə təmsil olunsa da, hələ ki medal qazanılmayıb.

www.RIA24.az

Spread the love